Müharibə iştirakçısı faciəvi şəkildə öldü

16:40 28 Sentyabr 2022

Göyçay rayonunda otbiçən maşının mühərriki partlayıb, ata-oğul yaralanıb.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 27-də rayonun İnçə kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Cavid Məcidov otbiçən maşının mühərrikini işə salmağa çalışıb. Bu zaman mühərrik partlayıb və yanğın başlayıb. Yaxınlıqda olan C.Məcidovun atası, 1966-cı il təvəllüdlü Sərvər Məcidov yanğını söndürməyə cəhd edib. Nəticədə hər iki şəxs ağır xəsarət alıb. Daha sonra onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda atanın vəziyyəti normaldır.  Cavid Məcidov isə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, C.Məcidov Vətən müharibəsi iştirakçısıdır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Xəbər xətti