"Azəriqaz" İB-nin keçirdiyi mətbuat konfrasında maraqlı bir məsələ gündəmə gəlib. Sitat.info-nun xəbərinə görə, jurnalistin "bir aydır ki, yaşamadığımız evə borc necə gəlib" sualına
"Azəriqaz" rəsmisi maraqlı və hamını təəccübləndirən cavab verib. Qurum rəsmisinin söylədiyinə görə, qazdan istifadə haqda təlimatda qeyd olunur ki,
abonent evdən bir aylıq və ya daha uzun müddətə gedirsə, bu barədə "Azəriqaz"a məlumat verməlidir. Belə olan halda həm təhlükəsizlik baxımından nəzarət olunar, həm də
deyildiyi kimi əsassız borc yazılmaz. Qeyd edək ki, bu açıqlama sosial şəbəkələrdə ciddi tənqid və gülüşlə qarşılanıb.
Sitat.info həmin videonu təqdim edir: