Ermənistan ordusu hücuma hazırlaşır– Rəsmən elan edildi

10:36 30 Sentyabr 2022

Ermənistan isə bir tərəfdən sülh istədiyini iddia edir, ancaq müharibə hazırlığını davam etdirir.

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın sülh prosesinə sadiqliyini açıqlayıb, Azərbaycanın “aqressiv” planlarından və ambisiyalarından danışıb.

Sitat.info xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin oktyabrın 2-nə planlaşdırılan görüşündə Ermənistanın iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

“Azərbaycanın təxribatlarına baxmayaraq, Ermənistan tərəfi görüşdə iştirak edəcək. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın danışıqları pozmağa çalışması ilə bağlı açıqlamaları əsassızdır. Ermənistan əvvəlki kimi konstruktivdir və Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmağı hədəfləyir və eyni şeyi Azərbaycandan da gözləyir”, - Hunanyan bildirib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik rayonunun Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşündə deyib: “Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret sərəncam var”.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir: "Biz məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyik".

Bu fakt bir daha sübut edir ki, 13-14 sentyabr hadisələri Ermənistana dərs olmayıb və bu dövlətin rəhbərləri revanş arzusundadırlar, sülhdən danışa-danışa müharibəyə hazırlaşırlar.

/Musavat

 



Xəbər xətti