Şəmkirdə yolu keçmək istəyən piyadanı maşın vurub.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Rəhman Məhərrəmov hərəkətdə olan “VAZ 2107” markalı minik maşını tərəfindən vurulub. Zərbənin təsirindən piyada qarşıdan gələn avtomonilə dəyib. Ağır bədən xəsarəti alan 38 yaşlı kişi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.