Mingəçevirdə 17 yaşlı oğlan qəfil vəfat edib.
SİTAT.İNFO xəbər verir ki, şəhər sakini, 2005-ci il təvəllüdlü Cavid Məmmədov şəhər ərazisindəki çayxanada olarkən halı qəfil pisləşib. O, xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub.
İlkin məlumata görə, Cavid beyninə qansızması səbəbindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.