Qonşular arasında dava - Bıçaqlanan var

00:14 6 Oktyabr 2022

Gəncə sakini qonşusu tərəfindən bıçaqlanıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Sahil küçəsində baş verib.

Orada yaşayan 1979-cu il təvəllüdlü Anar Hüseynov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.

Məlumata görə, A.Hüseynov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır. 



Xəbər xətti