Erməni mediasından sülh müqaviləsi ilə bağlı şok açıqlama: "Əliyev dedi ki..."

22:05 6 Oktyabr 2022

Bu gün Praqada "Avropa Siyasi Birliyi" Zirvə Toplantısında iştirak edən liderlərin görüşü baş tutub.
Bu çərçivədə Əliyev və Paşinyanın görüşü diqqət mərkəzində idi. Liderlərin bu gün konkret bir razılığa gələcəyi də proqnozlaşdırılırdı. 

Görüş başa çatdıqdan sonra erməni mediası tərəflərin sülh müqaviləsinin hazırlanması üçün işçi qrup yaradılması ilə bağlı razılaşdığını yazıb. 

Sitat.info erməni mediasına istinadən xəbər verir ki, yaxın müddətdə iki ölkənin XİN rəhbərlərinin görüşü planlaşdırılıb:

Əliyev dördtərəfli danışıqların yekunlarına əsasən bildirib ki, sülh prosesinə artıq təkan verilib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin ikinci görüşü tezliklə baş tutmalıdır.  Bakı da təklif edir ki, bundan sonra iki ölkənin işçi qrupları görüşüb bir neçə gün ərzində sülh müqaviləsinin mətnini hazırlamağa başlasınlar. Əliyevin sözlərinə görə, nahardan sonra o, Paşinyanla danışıqların ikinci raundunu keçirəcək.

Məğrur,

SİTAT.İNFO

 



Xəbər xətti