Mövlam Şıxəliyevin orden və medalları alındı

11:13 7 Oktyabr 2022

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev dövlət təltiflərindən məhrum edilib.

Axar.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə elan olunan hökmdə qeyd olunub.

Məhkəmənin hökmünə əsasən Mövlam Şıxəliyevin Prezidentinin 28 mart 2009-cu il tarixli sərəncamı ilə verilmiş “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenindən, 27 mart 2006-cı il tarixli sərəncamı ilə verilmiş “Hərbi xidmətlərə görə” və 27 mart 2014-cü il tarixli sərəncamı ilə verilmiş “Vətən uğrunda” medallarından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilib.

Eləcə də Milli Təhlükəsizlik nazirinin 25 mart 2005-ci il tarixli, 0179 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarından, Milli Təhlükəsizlik nazirinin 24 iyun 2008-ci il tarixli, 0153 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1919-2008)” yubiley medalından, Milli Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Milli Təhlükəsizlik nazirinin 30 iyun 2009-cu il tarixli, 0132 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley xatirə medalından, Fövqəladə Hallar nazirinin 15 dekabr 2010-cu il tarixli, 2934/ş nömrəli əmri ilə verilmiş “Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” yubiley medalından, Milli Təhlükəsizlik nazirinin 26 mart 2012-ci il tarixli, 060 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Milli Təhlükəsizlik nazirinin 07 oktyabr 2013-cü il tarixli, 0248 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəsi medalından, Milli Təhlükəsizlik nazirinin 27 mart 2014-cü il tarixli, 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalından, Milli Təhlükəsizlik nazirinin 04 iyul 2014-cü il tarixli, 0182 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley xatirə medalından, Milli Təhlükəsizlik nazirinin 26 mart 2015-ci il tarixli, 052 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci dərəcəsi medalından məhrum edilib.

Bundan başqa, İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin rəis müavini vəzifəsində işləmiş polkovnik-leytenant Yasin Məmmədovun da dövlət təltiflərindən məhrum edilib. O, “Vətən uğrunda” medalından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilib.

Eləcə də Milli Təhlükəsizlik nazirinin 27 mart 2009-cu il tarixli, 054 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Milli Təhlükəsizlik nazirinin 08 iyul 2005-ci il tarixli, 0396 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalından, Milli Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Milli Təhlükəsizlik nazirinin 26 mart 2013-cü il tarixli, 078 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalından, Milli Təhlükəsizlik nazirinin 19 noyabr 2013-cü il tarixli, 0281 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəsi medalından, Milli Təhlükəsizlik nazirinin 27 mart 2014-cü il tarixli, 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalından, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin 07 mart 2019-cu il tarixli, 279şh nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalından məhrum edilib.

Yasin Məmmədovun polkovnik-leytenant hərbi rütbəsindən məhrum edilməsi barədə qərar çıxarılıb.

İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini vəzifəsində işləmiş polkovnik-leytenant Sahib Ələkbərovun “Vətən uğrunda” medalından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilib.

Ona Milli Təhlükəsizlik nazirinin 08 iyul 2005-ci il tarixli, 0396 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalından, Milli Təhlükəsizlik nazirinin 23 mart 2007-ci il tarixli, 080 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Milli Təhlükəsizlik nazirinin 24 aprel 2008-ci il tarixli, 0105 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalından, Milli Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Milli Təhlükəsizlik nazirinin 27 mart 2014-cü il tarixli, 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalından məhrum edilməsi elan olunub.

Həmçinin o, polkovnik-leytenant hərbi rütbəsindən məhrum edilib.

İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində işləmiş polkovnik-leytenant Vüsal Ələkbərovun Ələkbərovun polkovnik-leytenant hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsinə dair hissədə Bakı Hərbi Məhkəməsinin 10 iyul 2017-ci il il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarı nəzərə alınıb

 

 



Xəbər xətti