Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Sitat.info” xəbər verir ki, “Azeri Light” markalı neftin qiyməti 1 barel üçün 3,09 ABŞ dolları (3,1%) artaraq 102,44 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınıb.