Naftalan kurort zonasında neft ehtiyatları 1,165 milyon ton həcmində qiymətləndirilir.
Bizim.Media xəbər verir ki, bunu SOCAR-ın kadrlar, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, Naftalanda müalicə nefti yataqlarının balansı 1,109 milyon ton təşkil edir, cəlb oluna bilən həcm isə 61 min tondur.
"Naftalan kurort zonasında bu günədək 55,9 min ton neft hasil olunub. Buranın neft ehtiyatları 1,65 milyon həcmində qiymətləndirilir", - deyə o bildirib.
X.Məmmədov vurğulayıb ki, Naftalan kurort zonasının infrastrukturu yeni reallıqlar fonunda Azərbaycan iqtisadiyyatının sürətli inkişafına xidmət edir.
"Qarabağ iqtisadi rayonunda icra olunan infrastruktur layihələri isə Şərqi Zəngəzur və Daşkəsən iqtisadi zonaları arasında sinerji yaradır", - o deyib.