Qırğızıstanın Müdafiə Nazirliyi “Sarsılmaz qardaşlıq - 2022” komanda-qərargah təlimlərini ləğv etmək qərarına gəlib.
"Qafqazinfo" "Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, təlimlər oktyabrın 10-dan 14-dək respublika ərazisində (Edelveys poliqonunda) keçirilməli idi. Təlimlərin ləğv edilmə səbəbləri açıqlanmayıb. Onlar sülhməramlı əməliyyat keçirməyi və atəşkəsi təmin etməyi məşq etməli idilər.
Təlimlərə 6,5 mindən çox insan, 850-dən çox hərbi və xüsusi texnika, o cümlədən təyyarələr, helikopter və PUA-lar cəlb olunmuşdu.
Təlimə Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentləri cəlb olunmuşdu.
Xatırladaq ki, 2012-ci ildən birgə təlimlər çərçivəsində KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq” təlimləri keçirilir.