Ukrayna kəşfiyyatı Putinin ŞOK sirrini AÇDI: 30 mindən çox rus hərbçisi...

13:33 14 Oktyabr 2022

Genişmiqyaslı müharibə başlayandan bəri işğal olunmuş Sevastopoldakı (Krım) qəbiristanlıqda 30 minə yaxın işğalçı dəfn edilib. Ruslar şəhərdən qəbiristanlıq kimi istifadə edirlər. Onlar ölən hərbçilərini ölkələrinə aparmır, çox zaman Krımda dəfn edirlər.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbə məlumat yayıb. 

Rusların öz hərbçilərinin cəsədlərini döyüş meydanından götürməmək təcrübəsi var. Bununla belə, hətta təxliyyə edilmiş cəsədlər də çox vaxt Rusiya Federasiyasına aparılmır - onlar Krımda, yaxud cəbhə bölgəsindəki yaşayış məntəqələrində basdırılır.

"Onlar Sevastopoldakı evlərindən yüz kilometr aralıda nəinki adi rus işğalçılarını və çağırışçıları, həm də yaraqlıları və Donbassdan səfərbər olunanları dəfn ediblər. Bu tendensiya bu gün də davam edir", - məqalədə deyilir.

Jurnalistlərin məlumatına görə, Ukrayna orusudu tərəfindən öldürülən işğalçıların bir hissəsi Belarusiyanın Qomelində, Rusiyanın Kursk və Belqorod şəhərində dəfn edilib. Cənubdakı böyük itkilər işğalçıları başqa bir dəfn ocağı yaratmağa məcbur etdi.

 Belə ki, Sevastopoldakı qəbiristanlıqda işğalçılar tez-tez nişansız qəbirlərdə basdırılırdılar. Onların heç birinin kimliyi müəyyən edilməyib. Krım xəstəxanalarında dünyasını dəyişən yaralı ruslar Sevastopolda dəfn edilib. Minlərlə işğalçının həlak olması faktlarını gizlətməklə həm də onların yaxınları ödənişdən məhrum edilib.

"Bununla Rusiya Müdafiə Nazirliyinin nümayəndələri dövlətin ailələrə təzminat üçün ayırdığı yüz milyonlarla vəsaiti oğurlamaq imkanı əldə etdilər. Bundan əlavə, generallar maddi-texniki təchizat sistemində əlavə yükdən qaçdılar, çünki ölənlərin cəsədlərini daşımaq lazım deyildi".

Kəmalə,

SİTAT.İNFO



Xəbər xətti