Ukraynanın Donetsk və Luqansk şəhərlərinin müstəqilliyini tanıyan Rusiya lideri Vladimir Putinin bir saata yaxın davam edən mətbuat konfransında tarixi öz prizmasından yenidən yazması bütün dünyanı şoka salıb.
Ukraynanın Lenin tərəfindən yaradıldığını və tarixən Rusiya ərazisi olduğunu iddia edən Putin çıxışının bir hissəsində “Ukraynaya Vladimir İliç Lenin deyə bilərik” deyərək açıq-aşkar qəzəblənib.
SİTAT.İNFO xəbər verir ki, Ukraynanın real millət olmadığını da iddia edən Putinə sosial mediada cavab verilib.
Ukraynalılar 1000 il əvvəl Kiyev və Moskvanı əks etdirən fotolar paylaşmağa başlayıblar. ABŞ-ın Kiyevdəki səfirliyi də rəsmi Twitter hesabında görüntünü paylaşıb.
Cəmi 90 min izləyicisi olan rəsmi hesabın paylaşdığı foto 137 min bəyənmə toplayıb.
Çar Rusiyasının tərkibində olan Ukrayna torpaqları, 1917-ci il bolşevik inqilabından sonra Ukrayna Xalq Respublikası, bir il sonra Ukrayna Sovet Sosialist Respublikası kimi muxtariyyət qazanıb.
Rusiya lideri Vladimir Putin də televiziyada canlı yayımda etdiyi çıxışda rusiyayönlü liderin 2014-cü ildə devrildiyi Ukraynadakı etirazları dövlət çevrilişi kimi qiymətləndirib. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə ölkəsinin “talandığını” iddia edən Putin, Ukraynanı “Amerika müstəmləkəsi” olmaqda günahlandıraraq, onun bir oyuncaq hökumət tərəfindən idarə edildiyini vurğuladı.