Bu halda Qərb Rusiya ordusunu tamamilə məhv edəcək: Hərbi ekspert QIRMIZI XƏTTİ açıqladı

12:48 18 Oktyabr 2022

 
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı nüvə silahından istifadə etmək qərarına gəlsə, Qərb Rusiya ordusunu məhv edəcək.

Sitat.info xəbər verir ki, bu proqnozla hərbi ekspert Yuri Fedorov çıxış edib.

"Bir çox ekspertlər və siyasətçilər deyirlər ki, əgər Putinin indiki strategiyası tükənərsə, o, tamamilə çılğın şeylərə - taktiki nüvə silahlarından istifadəyə əl ata bilər. Putindən hər şeyi gözləmək olar. O, ən gülünc və axmaq qərarlar verir. Bu, ağlabatandır, onların müsbət və mənfi tərəflərini ölçüb-biçmək lazımdır. Lakin burada nəzərə almaq lazımdır ki, Putinin Ukraynaya qarşı nüvə silahından istifadəsinə qarşı Qərb də necə reaksiya verəcəyini müəyyən edib”.

Hərbi ekspert Qərbin Rusiya ordusunu məhv edəcəyini dilə gətirib: "Nüvə silahından sonra Rusiya ordusu məhv ediləcək, ən azından Ukraynanın işğal olunmuş ərazisindəki ordu. Bu, tamamilə realdır.  Putin öz hərbi rəhbərlərindən və generallarından bu təhlükənin real olub-olmadığını soruşsa. , düşünürəm ki, ona hə deyəcəklər”. 

Məğrur,

SİTAT.İNFO



Xəbər xətti