Məşhur filmin sevgili qəhrəmanları ayrıldılar

22:20 19 Oktyabr 2022

Türkiyənin məşhur “Ada Masalı” filminin qəhrəmanları ayrılıblar.

Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayrılıq xəbərləri yayılan Ayça Ayşin Turan və Alp Navruz cütlüyü bu xəbəri təsdiqləyiblər.

1 ildir sevgili olan cütlük bir-birlərini sosial media hesablarında izləmədən çıxarıblar.

Qeyd edək ki, cütlük ötən ilin dekabr ayından birlikdə olduqlarını açıqlamışdılar. 



Xəbər xətti