Azərbaycanın builki icmal büdcəsində 7 milyarddan çox qalıq yaranıb

10:15 21 Oktyabr 2022

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 29 milyard 719,8 milyon manat, xərcləri isə 22 milyard 569,6 milyon manat təşkil edib.

Sitat.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,1 % və 16 % çoxdur.

Son nəticədə icmal büdcədə 7 milyard 150,2 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.



Xəbər xətti