"Çeçenistan rəhbəri Ramzan Kadırovun oğullarını cəbhəyə göndərməsi ilə bağlı mesajları saxtadır və onlarla video səhnələşdirilir".
Sitat.info Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Şeyx Mənsur adına çeçen batalyonunun spikeri İslam Belokiyev "FreeDom" layihəsinin efirində bildirib.
Belokiyev diqqəti ona yönəldib ki, ordusunu təbliğ etmək məqsədilə Kadırov öz qohum-əqrabasına hərbi geyim geyindirir, təbliğat videoları çəkir: "Bu insanlar Fövqəladə Hallar Nazirliyinin və Ramzanın qohumlarıdır.
Oktyabrın 20-də Kadırov bildirib ki, onun azyaşlı oğulları təmas xəttinə gəlib, cəbhədə kiməsə atəş açıblar. Bu isə tamamilə yalandır.
Tik-tok videolarının çəkilişi zamanı Ramzanın uşaqları ilə onların mühafizəçiləri də görünür.
Belə çıxır ki, mühafizəçilər də müharibəyə gedib. Bu qədər təsadüf yəni...
Kadırov Ukraynaya qarşı müharibədə
Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərindən "kadırovçular" burada iştirak edirlər. Onlar tez-tez yalnız ön cəbhədə “videolar” çəkdiklərinə görə tənqid olunurlar, buna görə də onları "TikTok" döyüşçüləri adlandırırlar".
Səid,