Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrünə nisbətən 32,2 % artaraq 6 222 milyon manat olub.
Sitat.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "twitter"də bildirib.
"Bu sahədə artım ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyatda 139,1%, ticarətdə 66,8%, kənd təsərrüfatında 45,8%, sənayedə 19,7%, xidmətdə 17,1%, tikintidə 16,8%, bank və sığortada 14%, rabitədə 6,7%, digər sahələrdə isə 20,7% təşkil edib", - deyə o, qeyd edib.