Oktyabrın 23-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin məhdudlaşdırılma ehtimalı var.
Bu barədə Sitat.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Giləzi-Xızı, Qaraməryəm-İsmayıllı-Şəki, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.