“İranda yaşayan azərbaycanlıların dövlət qurmağa haqqı var” - Video

12:36 24 Oktyabr 2022

“Son dövlər İranda rejim dəyişikliyi ilə bağlı aksiyalar keçirilir. Cənubi Azərbaycandakı 35 milyonluq soydaşımızın da öz hüquqlarını tələb etməyə, müstəqil dövlət qurmağa tam haqları var”. 

“Sitat.info” xəbər verir ki, bu barədə İctimai TV-də yayımlanan “Xəbər Yekun” proqramında yayımlanan süjetdə bildirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşündə də İranda yaşayan soydaşlarımıza öz dəstəyini ifadə edib: “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayan azərbaycanlılardan bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.

Hazırlanmış materialda həmçinin qeyd olunub ki, dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması Prezident İlham Əliyevin diqqətindərir.

Həmin süjeti təqdim edirik:

 

 

 



Xəbər xətti