"İtaliya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaşdır" - Prezident

16:46 26 Oktyabr 2022

"İtaliya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaşdır".

Sitat.info-nun xəbərinə görə, bu fikirlər Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloniyə ünvanladığı təbrik məktubunda yer alıb.

"Biz xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İtaliya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaşdır. Yüksək səviyyəli müntəzəm siyasi dialoq, daim yeni məzmunla zənginləşən qarşılıqlı faydalı əməkdaşlığımız, eləcə də gündən-günə genişlənən iqtisadi-ticari, enerji və humanitar sahələrdə əlaqələrimiz çoxölçülü strateji tərəfdaşlığımızı səciyyələndirən əsas cəhətlərdəndir", - Prezidentin məktubunda qeyd edilib.



Xəbər xətti