Həkim süd vəzi xərçənginin yaranmasının əsas səbəblərini açıqladı

17:32 26 Oktyabr 2022

"Menstruasiya dövrü tez başlayanlarda süd vəzi xərçənginə daha çox rast gəlinir”.

Sitat.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin canlı yayımının qonağı olan nazirliyin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.

Həkimin sözlərinə görə, xəstəliyin konkret olaraq hansı səbəbdən yarandığı məlum deyil:

“Bir çox faktorlar var. Şiş virusları da süd vəzi xərçəngini yarada bilir. 15-16 yaşda menstruasiya başlayanda süd vəzi xərçəngi daha azdır. Menstruasiyadan tez kəsilmə də risklidir. Bu xəstəliyin yaranmasına səbəb olur. Artıq çəki, hərəkətsizlik, erkən hamiləlik, kiçik yaşlarında hər hansı xəstəliklə bağlı şüa qəbul etmək də xəstəliyin riskini daha da artırır”.

//oxu.az



Xəbər xətti