“Pənah Hüseynə yumruq atan Tofiq Abbasov üzr istəməlidir. Tərbiyəsizlikdir..." - VİDEO

23:33 23 Fevral 2022

Dünən “TV Musavat”ın efirində AXP sədri Pənah Hüseynlə AZTV-nin direktor müavini Tofiq Abbasov arasında yaranan dava sosial şəbəkələrdə və mətbauda müzakirələrə səbəb olub. Qalmaqal zamanı Tofiq Abbasov Pənah Hüseynu yumruqla vurub. Sitat.info xəbər verir ki, bu gün “Xural TV” nin efirində məsələ ilə bağlı müzakirə aparılıb.  

Pənah Hüseynin də qonaq olduğu verilişdə Əvəz Zeynallı və Zaur Qəriboğlu Tofiq Abbasovun bu hərəkətini yersiz olduğunu, Pənah Hüseynə əl qaldırdığına görə Tofiq Abbasovun üzr istəməsini tələb ediblər:

“Sanki Tofiq Abbasov hazırlıqlı gəlmişdi. Çox tərbiyəsiz bir hərəkətdir. Pənah Hüseynə qarşı edilən tərbiyəsizlikdir, Tofiq Abbasov üzr istəməlidir. Hamımız gördük, birinci o Pənah Hüseynə qarşı nalayik ifadələr işlətdi. Biz buna iradımızı, fikrimizi bildirməsək ənənə halını hala bilər”. Qeyd edək ki, bu gün “TV Musavat”ın efirində Əvəz Zeynallı Tofiq Abbasovun bu hərəkətinə görə vəzifədən uzaqlaşdırılması ilə bağlı fikir bildirmişdi.

Sitat.info 



Xəbər xətti