Ağ ciyərləri təmizləyən QİDALAR

08:34 27 Oktyabr 2022

Siqaret çəkənlər mütləq oxumalıdırlar! Siqaret çəkən adamlar öz orqanizmlərini tədricən zəhərləyirlər. Siqaret çəkən adamların ilk növbədə ağciyərləri mənfi təsirə məruz qalır. Hər nəfəsalma zamanı daxilə gedən siqaret tüstüsü ağciyərləri xaricdən örtən kiçik tükcüklərin mikroskoipik yanmalarına, atrofiyalaşmasına və ölməsinə səbəb olur. Nəticədə isə ağciyərlərə qərtan toplanır və selik əmələ gəlir ki, bu da xroniki öskürməyə səbəb olur.

Ağciyərləri örtən tükcüklər özünəməxsus bərpaedici xüsusiyyətə malikdir. Onların yenidən bərpa olunması üçün siqaretdən imitina etmək kifayətdir.

Siqareti ata bilməyənlər üçün isə yaxşı xəbər var. Belə ki, ağciyərlərdəki nikotin qətranını təmizləmək üçün 4 qida maddəsindən istifadə etmək kifayətdir. Ağciyərləri necə təmizləmək lazımdır?

Ağciyər zədələnmələrindən yalnız siqaret çəkənlər əziyyət çəkmir. Şəhər əhalisinin ağciyərləri demək olar ki, hər gün maşınlarda havaya buraxılan zəhərli qazlardan və kirli havadan da zədələnir. Buna görə də məqaləni diqqətlə oxuyub bu qidalardan istifadə etmək lazımdır.

1 Qreypfurt

Bu sitrus meyvəsinin tərkibi hüceyrələrin fəaliyyətini yaxşılaşdıran antioksidantlarla zəngindir. Qreypfurtun tərkibində olan maddələr hüceyrə toxumalarının zəifləməsinin qarşısını alır və onların inkişafını sürətləndirir. Mütəxəssislər siqaret çəkənlərə ağciyər riskini aradan qaldırmaq üçün tünd turşu dadına malik olan qreypfurt yeməyi məsləhət bilir.

 

2 Sarımsaq

Sarımsaq yüzlərlə xəstəliyi müalicə edir. O oraqnizmə müalicəvi təsir göstərir və sağalmanı sürətləndirir. Ağ ciyər xəstəliklərinin müalicə və profilaktikası üçün sarımsaq yemək çox faydalıdır.

 

3 Zəncəfil

Zəncəfil antibakterial və virus əleyhinə təsirə malikdir. Zəncəfil damarları genişləndirir, bəlğəmi xaric edir və bronxial kanalların regenerasiyasını sürətləndirir.

 

4 Yerkökü

Yerkökü A, C, E, K və B qrup vitaminləri ilə zəngindir. A vitamini hüceyrələrin və epitel toxumalarının vəziyyətini yaxşılaşdırır. Ağ ciyər toxumalarına dəyən nikotin zəhərlənmələrini təmizləmək üçün yerkökünü çiy halda yemək lazımdır. Yerkökü şirəsi isə insan sağlamlığı üçün lazım olan vitamin və mineral deposudur.



Xəbər xətti