“Azərişıq” "Laçın dəhlizi"ndə infrastruktur qurur

14:09 24 Fevral 2022

“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərə elektrik enerjisi şəbəkəsi çəkilməsi ilə əlaqədar olaraq işlər görür.

SİTAT.İNFO Report-a istinadən  xəbər verir ki, qurum “Laçın dəhlizi”ndə bastırılacaq dayaqları üçün yol yatağını hazırlayır.

Hazırda görülən işlər Laçının Minkənd və digər kəndlərini elektrik enerjisi ilə təmin edəcək elektrik enerjisi şəbəkəsinin çəkilişi üçün həyata keçirilir.

Qeyd edək ki, təchizat işləri “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.



Xəbər xətti