“Rusiyaya qarşı misli görülməmiş sanksiyalar hazırlanıb”- iqtisadçı alimdən ŞƏRH

15:00 24 Fevral 2022

“Ukraynaya hücum edən Rusiya indeksləri  40-45 faizə qədər düşüb. Moskva birjasının indeksi 40,7 faiz,  RTS indeksi 45,8 faiz enib. Rublun  sabitləşməsi üçün Rusiya Mərkəzi Bank valyuta bazarına müdaxilə etmək məcburiyyətində qalsa da, hələ də 1 dolları almaq üçün 84,25 rubl ödənilməlidir”.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlu bunu sosial şəbəkədəki şəxsi səhifəsində yazıb. Ekspert bildirib ki, valyuta müdaxiləsi üçün Rusiya Mərkəzi Bankının ehtiyatları yetərlidir:

“Ukraynada qiymətli kağızlar bazarında tədavül dayandırılıb. Ukrayna bankları 1 nəfər üçün 3500 dollardan artıq vəsaiti nağdlaşdırmaya məhdudiyyət qoyub”.

Q.İbadoğlu digər məsələyə də diqqət çəkib: “Avropa bazarında 1000 kub metr qazın qiyməti 1400 dollaradək bahalaşıb.   Dünya bazarında 1 barrel Brent neftinin qiyməti 7 faizdən çox artaraq 104.03 ABŞ dolları, WTI markalı Texas neftinin qiyməti 98,58 ABŞ dolları təşkil edib.

Rusiyaya qarşı iqtisadi və maliyyə savaşına start verilib. Almaniya Rusiyadan qazla yanaşı kömür alınmasını da dayandırıb. Rusiyaya  qarşı misli görülməmiş sanksiyalar hazırlanıb. Rusiyanın Avropada olan bütün aktivləri dondurulur, bank əməliyyatları dayandırılır, enerji sektoruna və mədən sənayesinə sanksiyalar tətbiq edilir. Rusiyaya yarımkeçiricilərin satışı qadağan olunur. Rusiya biznes və siyasi elitasının tanınmış nümayəndələrinə ünvanlı sanksiyalar tətbiq olunur. Sanksiyalara ABŞ, Avropa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya və Avstraliya da qoşulur”.



Xəbər xətti