Azərbaycandakı Türkiyə hərbçilərinin mandatı ilə bağlı qərar

08:29 2 Noyabr 2022

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadılıb.

Sitat.info xəbər verir ki, bu barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunub.

Keçirilən səsvermədən sonra layihə qəbul edilib.

Xatırladaq ki, Qarabağ Zəfərindən sonra imzalanan üçtərəfli bəyanata əsasən türk əsgəri Qarabağda yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmətə başlayıb. 



Xəbər xətti