“Yeni yaradılan partiyaların sədrləri psixoloji yoxlamadan, müayinədən keçirilməlilir”.
“Sitat.info” xəbər verir ki, bunu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib.
O qeyd edib ki, bəşəriyyəti fəlakətlərlə üz-üzə qoyan Adolf Hitler kimi şəxslərin sonradan psixoloji xəstəliklərinin olduğu məlum olub: “Ona görə də “Siyasi partiyalar haqqında” qanun layihəsində bu barədə maddənin əksini tapması olduqca önəmlidir”.
/Qafqazinfo