“Azərsu” gücləndirilmiş rejimdə işləyəcək

16:29 5 Noyabr 2022

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Sitat.info xəbər verir ki, bayram günlərində mərkəzi idarə aparatında, regional və yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. 

Bu məqsədlə “Azərsu” ASC-nin sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.

Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.

İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.



Xəbər xətti