Rusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar baş qaldırıb.
SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, Yekaterinburq və Novosibirsk şəhərlərində Ukraynada aparılan hərbi əməliyyatlara etiraz olaraq yüzlərlə fəal yürüş keçiriblər.
Yekaterinburqda hüquq-mühafizə orqanlarına müqavimət göstərən iki gənc qız saxlanılıb.
Paytaxt Moskvada Puşkin meydanında bir qrup fəal nəqliyyatın hərəkətinə mane olaraq müharibə əleyhinə şüarlar səsləndiriblər.
Rusiyanın qərb qapısı Sankt-Peterburqda da Ukraynadakı hərbi əməliyyatlara etiraz olaraq insanlar küçələr axışıblar. Üç nəfər saxlanılıb.