Kosta-Rikanın Limon şəhərindəki Matina çayında dəhşətli hadisə baş verib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, valideynləri ilə istirahətə gedən və çayın kənarında oynayan uşağı qəfil sudan çıxan timsah tutaraq suya tərəf sürükləyib və uşaqla birlikdə gözdən itib.
8 yaşlı Julio Otero Fernández çay kənarında oynayarkən qəfil peyda olan timsah onu suya sürüklənib.
Bu zaman onun valideynləri də çayın kənarında idilər, ancaq ailə övladlarını timsahdan xilas etmək üçün heç nə edə bilməyib. Ana və ata oğullarının suyun altına sürüklənməsini çarəsizcə izləyiblər.
Hadisə ilə bağlı acı bir həqiqət də ortaya çıxıb. Hadisədən sonra başlayan araşdırmalarda nə Julio Otero Fernández qalıqlarına, nə də timsahın izinə rast gəlinməyib.
Seymur,
SİTAT.İNFO