Xalqın sevimlisi bir narkotacirin qurbanı oldu - Partiya sədri DANIŞDI

12:24 11 Noyabr 2022

"Rəşad Dağlı Azərbaycan xalqı və meyxanaçılar tərəfindən sevilən biri idi. Təbii ki, heç kim qətli alqışlamır, kiminsə cinayət törədib cəzasız qalmasını da istəmirik.
Dövlət qanunlarla idarə olunur. Ancaq qətl olunan şəxsin yaşam tərzi xalqın birmənalı oaraq Rəşad Dağlının tərəfində mövqe tutmasını şərtləndirdi".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. 

Onun sözlərinə görə, ortada təhqir və söyüş məsələsi var: "Üstəgəl, həmin şəxs cəzaçəkmə müəsisəsindən yeni çıxmışdı. Belə bir məlumat da yayılıb ki, 15 gün ərzində Rəşad Dağlıya 37 dəfə zəng edib. Hələ təhqir, söyüş məsələsi də var.  Məlumata görə, həmin şəxs narkotik vasitələrin satışına görə 234.4.3 maddəsi ilə həbs olunub".

T.Abbaslı vurğuladı ki, xalqın meyxanaçıya dəstəyi əslində narkoticarətə qəzəbindən doğur: "Çox adam düşünür ki, necə olar bilər xalq Rəşadın tərəfini tutr. Bu əslində narkotikə və narkotacirlərə olan qərəzlə bağldır. Məktəblərə qədər narkotik yayılıb. Bu qərəz, reaksiya, 7-ci sinif şagirdlərinə narkotikə dadandıran şərəfsizlərə idi. 
Çox adam yazdı ki, bir nəfər narkotik satandan canımız qutardı. Bunun biz demirik, xalq deyir. Xalqın sevimlisi bir narkotacirin qurbanı oldu.
Qaradağ rayon prokurorluğu buna özünümüdafiə məsələsi kimi diqqət yetirləmidir. Həmn adamın əlində bıçaq da olub, Rəşad Dağlı müdafiə olunmağa məcbur qalıb".

Məğrur,

SİTAT.İNFO



Xəbər xətti