Türk Dünyasında Azərbaycan imzası - Fotolar

11:16 12 Noyabr 2022

Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Türk Dünyasının Ali Ordeni ilə təltif edib.

“Sitat.info” xəbər verir ki, orden ötən illərdə Azərbaycan Prezidenti İlham Əliyevə və keçmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə də təqdim olunub.

Bu il ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının “Türk dünyasının birliyinə töhfəyə görə” Əlişir Nəvai Beynəlxalq Mükafatına isə Qırğız xalq yazıçısı, Türk Dünyasının böyük ədibi Çingiz Aytmatov layiq görülüb. Mükafat Qırğızıstan Prezidenti Sadır Japarova təqdim olunub.

Qeyd edək ki, həm Türk Dünyasının Ali Ordeni, həm də Əlişir Nəvai Beynəlxalq Mükafatı azərbaycanlı dizayner Adam Yunisov tərəfindən tərtib edilib. Dizayner “Baku 2015 - Birinci Avropa Oyunları” loqosunun, “Türkiyə Cumhuriyyəti 100-cü il” loqosu və bu kimi beynəlxalq arenada tanınmış bir çox məşhur dizaynların tərtibatçısıdır. Adam Yunisov həm Türkiyədə, həm də Azərbaycanda fəaliyyət göstərən “Element” şirkətinin həmtəsisçisidir.

 

 







/Qafqazinfo



Xəbər xətti