Yaşlı qadın dəm qazından zəhərlənib

17:08 14 Noyabr 2022

Mingəçevir şəhərində 74 yaşlı qadın dəm qazından zəhərlənib.

Sitat.info-nun xəbərinə görə, hadisə noyabrın 13-də şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1948-ci il təvəllüdlü Ofelya Quliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.



Xəbər xətti