“Rusiya bizim sülh düsturumuza qarşı çıxsa, görəcəksiz ki, onun tək istədiyi müharibədir”
Ukrayna Prezidenti Vladimir Zelenski İndoneziyanın Bali adasında keçirilən G20 Liderlər Sammitində videokonfrans vasitəsilə iştirak edib.
Sitat.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpinin də daxil olduğu G20 Liderlər Sammitində Zelenski Rusiyanı 10 bəndlik sülh formulu qəbul etməyə və müharibəni “ədalətli şəkildə, BMT Nizamnaməsi və beynəlxalq hüquq əsasında” bitirməyə çağırıb.
O, Rusiya ilə sülhü mümkün edəcək 10 şərt açıqlayıb:
- Ukraynanın radiasiya və nüvə təhlükəsizliyinin təmin edilməsi;
- Ukraynanın ərzaq təhlükəsizliyinin təmin edilməsi;
- Ukraynanın enerji təhlükəsizliyinin təmin edilməsi;
- Bütün məhbusların azad edilməsi;
- BMT Nizamnaməsinin yerinə yetirilməsi və Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası;
- Rus qoşunlarının çıxarılması və döyüşlərin dayandırılması;
- Ədalətin bərpası
- Ekoloji soyqırımla mübarizə;
- Gərginliyin artmasının qarşısının alınması;
- Müharibənin sonunu təşkil etmək
Nərgiz,
SİTAT.İNFO