3 gün sonra toyları olacaqdı - Siqaret faciəyə gətirdi

09:19 17 Noyabr 2022

Şəmkirdə iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yanğın baş verib.

 

Sitat.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində yaşayış evində qeydə alınıb. Yanğın zamanı rayon sakinləri - 24 yaşlı Elmar İsmayılov və 18 yaşlı Nərmin Cəfərova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, Elmar İsmayılovun yataq ortağında çəkdiyi siqaret yatağa düşüb və yanğın buradan başlayıb.

Qeyd edək ki, Elmar İsmayılov Nərmin Cəfərovanı qaçırıbmış. 3 gün sonra onların toyu olacaqmış. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə yerinə Şəmkir rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal gələrək yanğının söndürülməsi üçün dərhal tədbirlər görüb:

“2 nəfər yaralı xəstəxanaya çatdırılıb, binanın mühafizəsi təşkil olunub, yanğının digər əraziyə yayılmasının qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.



Xəbər xətti