Deputatdan nağdsız ödənişlərin geri qaytarılması ilə bağlı MÜHÜM ÇAĞIRIŞ

17:18 18 Noyabr 2022

“Azərbaycanda aldığı maldan və yaxud ona göstərilən xidmətdən razı qalmayan vətəndaşlarının pulunun geri ödənməsində ciddi problemlər var”.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşad Mirbəşiroğlu “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat təklif edilən dəyişikliyi dəstəklədiyini, onun nağdsız ödənişlərinin tətbiqi arealının genişlənməsinə və digər ödəniş forması zamanı sərf olunan vaxta və resurslara qənaet edilməsinə imkan verəcəyini deyib.

Bununla yanaşı, deputat bildirib ki, bir çox hallarda istifadəçi təqdim olunan xidmətlərdən və mallardan narazı qaldığı halda nağdsız ödənişləri geri almaqda çətinliklərlə üzləşir:

“Bu da əksər hallarda xidmətləri təqdim edənlərlə istifadəçilər arasında münaqişələrə səbəb olur. Bu baxımdan nağdsız ödənişlərin geri qaytarılması zamanı gecikmələrə görə xidmət və malları təqdim edənlərin əlavə faizlər də ödəməli olduqları qanunvericilikdə öz əksini tapmalıdır. Həmin faizlərin yüksək olması müəyyənləşdirilərsə və digər məsuliyyət növləri nəzərdə tutularsa, onda nağdsız ödənişlərin geri qaytarılması da ləngiməz və vətəndaş məmnuniyyəti təmin olunar”.

/Musavat



Xəbər xətti