ABŞ-Çin münasibətlərində yeni dövr başlayır? Dünyanın bir nömrəli gücü olmaq uğrunda rəqabətdə gərgin mübarizə aparan iki ölkə iqtisadiyyat üçün bəzi problemləri geridə qoya biləcəkmi?
Sitat.info xəbər verir ki, siyasi ekspertlər artıq münasibətlərin yumşalmasından danışırlar.
2017-2020-ci illər ABŞ və Çin arasında münasibətlər baxımından çox da parlaq olmamışdı.
Supergüc yarışında Trampın hədəfində Rusiya ilə birlikdə ABŞ-ın böyük rəqibi Çin olub. Gömrük tarifləri, qara siyahıya düşən şirkətlər, ABŞ-ın qlobal miqyasda Çinlə biznesi sərtləşdirmək üçün tədbirləri, ticarət müharibəsi ilə bağlı narahatlıqlar dünya gündəmini kifayət zəbt etdi.
Tramp dövrünün xarici siyasət izlərini silmək istəyən Bayden Yaxın Şərqdə fərqli siyasət yürüdür. Təbii ki, Amerikanın xarici siyasətinin irsini davam etdirən məqamlar da var idi. Onlardan biri ABŞ-ın Tayvan məsələsində Çinə qarşı tutduğu mövqe idi.
Məlum olduğu kimi, Çin prezidenti Si Cinpin İndoneziyanın Bali şəhərində keçirilən G20 sammitinə qatılıb.
Xi-nin yadda qalan görüntüsü prezident Baydenlə səmimi əl sıxma idi. İki lider bu sammitdə ilk dəfə üz-üzə görüşüb. İki lider burada ilk dəfə üz-üzə görüşsələr də, daha əvvəl çıxışlarında bir-birlərini 5 dəfə xatırlamışdılar.
Rəsmi açıqlamalara görə, ikitərəfli görüşdə nüvə müharibəsindən çəkinməyin lazım olduğu vurğulanıb. Bayden "Çinin Tayvana hücum etməsi üçün heç bir səbəb" görmədiyini bildirib. Son aylarda Nensi Pelosinin ABŞ Nümayəndələr Palatasının sədri kimi Tayvana səfəri bölgəni gərginləşdirmişdi.
Nərgiz,
SİTAT.İNFO