Rusiyada “Facebook”un fəaliyyəti məhdudlaşdırılır

20:44 25 Fevral 2022

Rusiya fevralın 25-dən etibarən "Facebook"a girişi qismən məhdudlaşdırmaq üçün tədbirlər görəcək.

Bunu “Roskomnadzor” bildirib.

Qurumdan əlavə ediblər ki, Baş Prokurorluq Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla sosial şəbəkənin ölkə vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında əli olduğunu müəyyən edib.

Qeyd edək ki, bir gün əvvəl “Facebook” “RİA Novosti” səhifəsinə məhdudiyyətlər qoyub. Bundan əlavə, dörd Rusiya media orqanının – “Zvezda”, “RİA Novosti”, “Lenta.ru” və “Gazeta.ru”nun materialları senzuraya məruz qalıb.



Xəbər xətti