İran daxilində İran dövləti xalq tərəfindən kifayət qədər təzyiq altındadır.
Bu gün İran Hakimiyyətinin strukturunda çökmələr baş verir. Xalq artıq bütün kəndlərdə, şəhərlərdə etirazlar, nümayişlər edir. Təbii ki, bu hadisələr İran hakimiyyətini qorxudur, narahat edir.
İraqdan, Əfqanıstandan İranın terror təşkilatlarını sıxışdırıb çıxartdılar.
Yəməndə bu gün İranın oradakı varlığı səbəbi ilə bir çox faciələr baş verir. Suriyada baş verən hadisələrin birmənalı səbəbi İran dövlətidir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri ilə olan problemlər birbaşa İran dövlətinin oyunlarıdır. Türkiyə-Azərbaycan sərhədində baş verən bütün problemlər İran dövlətinin məhsuludur".
Bu sözləri sitatn.info-ya açıqlamasında yazıçı Sayman Aruz deyib.
O bildirib ki, İran terror təşkilatlarını maliyyələşdirərək, Cənubi Azərbaycanlıların üzərinə yönəldir, ərazi iddiları qaldırırlar:
"Qəndil və ətraf dağları Cənubi Azərbaycan dağları ilə sərhəddir. Bu sərhədə İran dövləti uzun illərdir Kürd PKK erməni birləşmələrini köçürüb yerləşdirir. Həmin dağlar ətrafında PKK və digər terror təşkilatlarını maliyyələşdirən İran dövlətidir.
İran Türkiyə tərəfi ilə siyasi-iqtisadi-hərbi baxımdan danışa bilmir deyə Türkiyəyə təsir etmək üçün terror vasitəsindən istifadə edir. Müəyyən zamanlarda isə həmin terror təşkilatlarını Cənubi Azərbaycanlıların üzərinə yönəldir.
Bu gün bizim ən böyük problemlərimizdən biri də budur ki, Kürd-Erməni birləşməsi İranın himayəsi altında Cənubi Azərbaycan torpaqlarına davamlı hücum edir, ərazi iddiası qaldırırlar".
Səid,
Sitat.info