Xalq artisti Könül Xasıyeva teleaparıcı Zaur Kamalı polisə verib.
Sitat.info Bakupost.az-a istinadla xəbər verir ki, buna səbəb Z.Kamalın ARB-də yayımlanan “Həmin Zaur” ("Səni deyirlər" rubrikası) verilişində işlətdiyi ifadələr olub.
Aparıcı efirdə bildirib ki, K.Xasıyeva vaxtilə Bakıda tək qalmamaq üçün anasını öz yanına, evinə gətirib. Bu isə valideynlərinin ayrılmasına səbəb olub.
Efirdən bir ildən çox vaxt keçəndən sonra K.Xasıyeva həmin ifadələri əsas götürərək Z.Kamalı polisə şikayət edib.
Bakı şəhər Baş Polis İdarəsinə etdiyi şikayət əsasında araşdırma başlayıb və Z.Kamal İdarəyə dəvət olunaraq dindirilib.
Aparıcı efirdə bildirib ki, K.Xasıyeva vaxtilə Bakıda tək qalmamaq üçün anasını öz yanına, evinə gətirib. Bu isə valideynlərinin ayrılmasına səbəb olub.
Həmçinin, müsahibənin müəllifi jurnalist Günel Musa da baş verənlərdən sonra bu gün Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.
Qeyd edək ki, müsahibədə K. Xasıyeva “Bu gün valideynlərinizin hər ikisi dünyasını dəyişib. İndi onlardan ən çox hansı üçün darıxırsınız?” sualını belə cavablandırıb:
- Həmişə anamı atamdan qoruduğum üçün mənə elə gəlirdi, anamı atamdan çox istəyirəm. Ancaq atam dünyasını dəyişəndən sonra başa düşdüm ki, mən ən çox atam üçün darıxıram. Yadıma gəlir, Bakıda ev-eşik edəndən sonra anamı atamın əlindən alıb yanıma gətirdim. Atamdan ayırdım onu. Gedəndə atama dedim ki, necə ki, evlənməmişdən qabaq anamın arxasınca sürünüb gəlib-getmisən, əgər anamı gəlib o məhəbbətlə aparacaqsansa, verəcəm onu sənə. Yox elə olmayacaqsa, anamı sənə verməyəcəm. Get evlən. O ev də daxil hər şey sənin olsun".