İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 268 nəfərə çatıb.
İndoneziyanın Qərbi Yava əyalətində baş verən 5,6 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı anbaan artmaqdadır.
Sitat.info xəbər verir ki, rəsmilərin verdiyi açıqlamaya görə, zəlzələdə ölənlərin sayı 162-dən 268-ə, yaralıların sayı isə 1083-ə yüksəlib. 151 nəfərin itkin düşdüyü bildirilir. Qərbi Yava qubernatoru Ridvan Kamil bildirib ki, ölənlərin əksəriyyəti dövlət məktəblərinin şagirdləri olub və zəlzələ zamanı şagirdlər məktəblərdə olub.
Zəlzələdən sonra başlanan xilasetmə işlərinə yolların və körpülərin dağılması, beton dağıntıların daşınması üçün lazımi ağır texnikanın olmaması böyük əngəl törədib.
Sürüşmələr səbəbindən xilasetmə işləri çətinləşib.
Züleyxa,
SİTAT.İNFO