DTX-nin Naxçıvan Gömrük Komitəsində kimləri saxlayıb? - AÇIQLAMA

18:39 23 Noyabr 2022

DTX-nin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyat zamanı saxlanılanların olduğu bildirilir. 

Məsələ ilə bağlı “Manset.az” Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, general Səbuhi Novruzovdan açıqlama alıb. 

O, açıqlamasında komitədə əməliyyat keçirildiyini inkar etməyib:

“Məncə orda elə bir problem yoxdur. Mən hal-hazırda məzuniyyətdəyəm, ümumiyyətlə, Naxçıvanda deyiləm. Amma sədr yerindədir. Həmin vaxt işdə olub. Saxlanılanların olub-olmadığı ilə bağlı məlumatım yoxdur”.

Qeyd edək ki, Səbuhi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbovun yeznəsidir. 



Xəbər xətti