Gəncədə dörd nəfər dəm qazından zəhərlənib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİTAT.İNFO-ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər Dədəqorqud küçəsində dəm qazından zəhərlənmə barədə məlumat daxil olub.
Polis əməkdaşları və şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Araşdırmalar zaman 2020-ci il təvəllüdlü Z.İsayevanın dəm qazından zəhərlənərək öldüyü, 2015-ci il təvəllüdlü Zeynəb Musayeva, 2018-ci il təvəllüdlü Dərya Musayeva və 2019-cu il təvəllüdlü Fatimə Musayevanın zəhərlənməsi məlum olub.
Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.