Bakıda minik avtomobili avtobusla toqquşub - FOTO

21:30 23 Noyabr 2022

Zabrat şossesində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-ya BNA-dan bildirilib.

Qeyd olunub ki, 10 RJ 911 nömrə nişanlı minik avtomobili “Azlənd-Plaza” MMC-nin istismarında olan 217 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TH 318 nömrə nişanlı avtobusu arxadan vurub.

Daşıyıcının verdiyi məlumata görə, hadisə zamanı avtobusda sərnişin olmayıb.

 




Xəbər xətti