KTMT ölkələrinin liderləri danışıqlarda sülhməramlı missiyanın müddətinin uzadılması məsələsini, eləcə də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin taleyini müzakirə ediblər.
Sitat.info xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov KTMT-nin İrəvanda keçirilən sammiti haqda qeyd edib.
“Bu mövzuya çox səmimi, birbaşa, konstruktiv şəkildə toxunuldu. Hələ hər şey razılaşdırılmayıb, müəyyən nüanslar var. Mövzu gündəmdədir”, - o bildirib
Peskovun sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan nizamlanması prosesində mühüm rol oynamaqda davam edir və bundan sonra da prosesə yardım edəcək:
“Heç kim Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını hansısa tarixə qədər uzatmağa çalışmır, əsas odur ki, imzalansın və yaşama hüququ qazansın. Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzərində razılaşması vacibdir, hamı bir-biri ilə rəqabət aparmadan bunun üçün bütün səylərini göstərməlidir”.
Peskov qeyd edib ki, sülh müqaviləsinin imzalanması məsələlərində hələ də müəyyən nüanslar var və gələcək hadisələrin gedişində və digər formatlarda nizamlanma mümkündür:
“Ona görə də burada çoxlu imkanlar yaranacaq, o zaman bu imkanları yekunlaşdırmaq mümkün olacaq”.
/Axar.az