“Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qol qaz kəmərinin kanal keçidindən keçən, korroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə bağlı, 25.11.2022-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
SİTAT.İNFO xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, təmir işləri aparılan müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.