Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin (RSK) Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələrindəki toponimlərdən istifadə etməsi barədə bəyanatı rəsmi statusa malik olmayan “Telegram” kanalı yayıb.
Buna baxmayaraq, bir sıra KİV-lər, o cümlədən “Sputnik Armeniya” bu postu Azərbaycan ərazisindəki yaşayış məntəqələrinin adları ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin rəsmi bəyanatına Rusiya sülhməramlı kontingentinin “cavabı” kimi təqdim edib.
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi NEWS.ru-ya bildirib ki, RSK adından yazı yerləşdirən kanalın nazirliklə nə əlaqəsi olduğunu bilmir. O, qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin yalnız əsas kanalı rəsmi statusu daşıyır. RSK-nin səhifəsində də rəsmi olaraq məhz Rusiya Müdafiə Nazirliyinin “Telegram”dakı əsas kanalı göstərilib.
Nazirliyin nümayəndəsinin sözlərinə görə, qurumun saytında Rusiya Müdafiə Nazirliyinin bütün rəsmi kanallarına keçidlər yerləşdirilib.//oxu.az