Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pəncə-Kilit” antiterror əməliyyatı həyata keçirən birlikləri terrorçuların hücumuna məruz qalıb.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 26-da terrorçuların açdığı atəş nəticəsində 3 türk hərbçi həlak olub, ikisi yaralanıb.
Edilən səylərə baxmayaraq, ildırım vurması nəticəsində yaralanan digər bir hərbçi də dünyasını dəyişib.