Millət vəkili Qüdrət Həsənquliyev ölkənin adının dəyişdirilməsi ilə bağlı fikirləri müzakirələrə səbəb olub. Deputatın həmin sitatını təqdim edirik: "Azərbaycanda yeni konstitusiyanın qəbuluna ehtiyac olduğunu düşünürəm. Biz Bütöv Azərbaycanın cəmi 20 faizini təmsil edirik. Ancaq Azərbaycan adından imtina etməməliyik. Fikrimcə, ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bu, soydaşlarımıza stimul da verərdi".
Sitat.info məsələ ilə bağlı millət vəkili, Dünya Azərbaycanlılıarı Konqresinin sədri Sabir Rüstəmxanlı ilə əlaqə saxlayıb, fikirlərini öyrənib.
Sabir Rüstəmxanlı həmkarının səsləndiridiyi fikirlərin yeni olmadığını bildirib: " Bu, yeni təkif deyil. Hələ ötən əsrin 90-cı illərində dəfələrlə səslənib, bu barədə yazılar yazılıb. Doğru təklifdir".
Seymur,
Sitat.info